Oğlu ilə mübahisə edən ana özünü öldürmək istədi

21 Fevral 2018 14:23 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Qurd dərəsi bağlar massivində baş verib.

Belə ki, həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Rəhilə Qurbanova özünə bıçaqla çoxsaylı xəsarətlər yetirərək intihara cəhd edib. Rəhilə Qurbanova ağır vəziyyətdə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

Yaralı qadın oğlundan şikayətçi olduğunu və ona görə intihara cəhd etdiyini deyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az