Monitorinq insidentsiz başa çatdı

21 Fevral 2018 14:33 (UTC+04:00)

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçiriblər.

Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika və Oqnyen Yoviç keçiriblər.