İran Qətərə aid balıqçı qayıqlarını saxladı

21 Fevral 2018 14:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mətbuata danışan İranın Hürmüzgan əyalətinin sərhəd komandanı Əli Əsgər Xürrəmrəvi Qətərdən olan və Farsiyan bölgəsi sahilində ov edən 2 balıqçı qayığının mühafizə gücləri tərəfindən saxlanıldığını və 10 nəfərin nəzarətə alındığını bildirib.

Qayıqlarda ümumilikdə 400 kilo balıq olduğunu açıqlayan Xürrəmrəvi saxlanılanların polisə verildiyini açıqlayıb.