Ən çirkin balıq Avstraliyada tutuldu

21 Fevral 2018 15:09 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Avstraliyanın şərq sahillərində gəmidə bir ay keçirdikdən sonra alimlər 5 kilometr dərinlikdə 4200-ə qədər balıq və onurğasız heyvanla rastlaşıblar. Bunların bəziləri potensial olaraq yeni növlərə aid idi və araşdırma tələb edirdi.

Həmçinin alimlər, 2013-cü ildə dünyanın ən çirkin heyvanı olaraq bilinən damla balığını da tutublar.