Sabah bu ərazilərdə su olmayacaq

21 Fevral 2018 17:39 (UTC+04:00)

Bu barədə AzNews.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində ərazidən keçən su xətlərinin köçürülməsi ilə əlaqədar 22 fevral 2018-ci il tarixində gün ərzində Xırdalan-Binəqədi şosesi ətrafı ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.