İstanbulda “Xocalıya ədalət” həftəsi qeyd olunacaq

21 Fevral 2018 19:19 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, deputat Yeni Yüzyıl, Bahçeşehir və Aydın Universitetlərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anma konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı qətliamı barədə çıxış edəcək.

Konfranslar zamanı universitetlərdə Xocalıda dinc əhalinin etnik mənsubiyyətinə görə erməni silahlıları tərəfindən vəhşicəsinə qətlə yetirilməsini əks etdirən fotoşəkillər, kitablar və digər sənədlərdən ibarət sərgilər təşkil olunacaq.

Tədbirlərdə Türkiyənin millət vəkilləri, rektorlar, bələdiyyə başçıları, QHT rəhbərləri və KİV nümayəndələri iştirak edəcəklər.