Patrikin Olimpiadada mübarizə vaxtı bilindi

21 Fevral 2018 20:13 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu, püşkatmanın nəticəsinə əsasən müəyyənləşib.

Belə ki, slalom yarışlarında ölkəmizi təmsil edəcək milliləşdirilmiş avstriyalı birinci cəhddə mübarizəyə 68-ci qoşulacaq. Bu növdə mükafatlar uğrunda isə 108 atlet iştirak edəcək.

Yarışda ilk cəhd Bakı vaxtı ilə saat 05:00-da, ikinci cəhd isə 08:30-da başlayacaq.