Xocalı soyqırımı İsraildə anılacaq

21 Fevral 2018 21:26 (UTC+04:00)

AzNews.az Milli Məclisə istinadən xəbər verir ki, tədbirdə parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəkləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin ağır nəticələri barədə məlumat veriləcək.