Bakıda oteldə iki qadın ərəb turistləri qarət ediblər

21 Fevral 2018 22:16 (UTC+04:00)

AzNews.az xəbər verir ki, paytaxtda turist kimi səfərdə olan Behreyn vətəndaşları -1998-ci il təvəllüdlü Mujjeb Ahmed Naser Bahrahi Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, həmyerlisi 1998-ci il təvəllüdlü Yaser Mohomed Saleh ilə birlikdə Cəfər Cabbarlı küçəsində yerləşən oteldə olan zaman adını bilmədiyi iki qadın tərəfindən onların 300 dinar pullarını və pasportları oğurlanıb.

Faktla bağlı araşdırma aparılır. (Report)