ABŞ Rusiyanı Suriyada dinc sakinlərin öldürülməsində ittiham edir

22 Fevral 2018 09:20 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders açıqlama verib.

"ABŞ, Rusiya və Suriya prezidenti Bəşər Əsədin Şərq Qutada dinc əhaliyə qarşı hücumlarını qətiyyətlə pisləyir", deyə hesabatda bildirilib.

Vaşinqton Rusiyanı Suriyadakı "öhdəliklərə riayət etməyə və vətəndaşlara hücumları dayandırmağa" çağırıb.

Xatrıladaq ki, müharibə nəticəsində Şərqi Qutada 100-dən çox dinc sakin həlak olub.