Oğrular yaxalandı - Qızıl, qoyun, pul...

22 Fevral 2018 10:47 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata bgörə, Suraxanı RPİ 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin noyabr-dekabr ayları ərzində rayon ərazisindəki 4 evdən, 1 həyətyanı sahədən təmir-tikinti alətləri, məişət əşyaları və 2 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Nurlan Ağayev və Sərhat Əmirov saxlanılıblar.

Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari il yanvarın 25-dən fevralın 10-dək olan müddətdə şəhər ərazisindəki 5 evdən qızıl, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini Əziz Əsgərov saxlanılıb.

Fevralın 6-da Nərimanov rayonu ərazisindəki mağazaların birindən 515 manat pul və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini olan bir yeniyetmə 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 25-də rayon ərazisindəki evlərin birindən 1000 manat, 5000 manat dəyərində qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Rəsul Bəkirov Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, digər 3 nəfərin isə şəxsiyyəti müəyyənləşdirilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Natiq Cavadov,

DİN Mətbuat Xidmətinin əməkdaşı