56 yaşlı kişi özünü asdı

22 Fevral 2018 11:03 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Şıxəhmədov Əlizadə Vəkil oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

AzNews.az