Suriyalı çempion kəmərini Ərdoğana bağışladı

22 Fevral 2018 11:45 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, görüşdə baş nazir Binəli Yıldırımla gənclik və idman naziri Osman Aşkın Bak da iştirak edib.

Boksçunun Ərdoğana hədiyyə etdiyi kəmərin üstündə əfsanəvi boksçu Məhəmməd Əli və prezident Ərdoğanın da şəkilləri var idi.

Bir müddət əvvəl suriyalı boksçu verdiyi açıqlamada suriyalılar üçün göstərdiyi fədakarlığa görə türk xalqına və Ərdoğana təşəkkür etmək üçün qazandığı kəmərləri hədiyyə etmək istədiyini bildirib.