“Zeytun budağı” əməliyyatı ilə bağlı son məlumat

22 Fevral 2018 12:04 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, türk qırıcıları terrorçuların hədəflərini havadan vurarkən topçular da yerdən onları atəş altında saxlayıblar.

Baş qərargah 32 əsgərin şəhid olduğu, 9 mülki vətəndaşın həyatını itirdiyi əməliyyattla bağlı açıqlama verib.

Yazılı açıqlamada məlumat verilib ki, 49-u son 24 saatda olmaqla əməliyyatın başlanğıcından bu yana ümumilikdə 1829 terrorçu məhv edilib.