Təhsil Nazirliyi tələbə köçürülməsinin nəticələrini açıqladı

22 Fevral 2018 14:58 (UTC+04:00)

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu il bakalavr üzrə 1067, magistratura üzrə 15, orta-ixtisas təhsili üzrə isə 186 nəfərin sorğusu təsdiq edilib.

Qeyd olunub ki, tələbələrdən 650 nəfəri yerli, 26 nəfəri xarici universitetlərdən köçürülüb: “Transfer.edu.az portalı 2016-cı ildə tələbələrin köçürülmə prosesinin sadələşdirilməsi və şəffaflığın təmin edilməsi məqsədi ilə istifadəyə verilib. Tələbələrin bir ali təhsil müəssisəsindən digər ali təhsil müəssisəsinə, yaxud bir ixtisasdan digərinə köçürülməsi Təhsil Nazirliyinin razılığı ilə qış və yay tətili dövründə həyata keçirilir”.

AzNews.az