Tanınmış sənətçinin konserti olacaq

22 Fevral 2018 15:06 (UTC+04:00)

AzNews.az-ın verdiyi məlumata görə, martın 18-də Opera və Balet Teatrında “Savalan” qrupunun yaradıcısı, ilk təsəffüf musiqilərinin ifaçısı Novruz Novruzlu “Uzun, incə bir yoldayam” adlı solo konsertlə çıxış edəcək. “Hicaz” qrupu ilə birgə keçiriləcək konsertdə təsəffüf musiqiləri, bəstəkar və xarici musiqilər ifa olunacaq.

Konsertin informasiya dəstəyi “Kaspi”, “Kaspiy” qəzetləri və “KaspiArt” saytı, “Səs” qəzeti və “SİA”-dır.

Konsertin biletləri teatrın kassasında, mərkəzləşdirilmiş “ASAN XİDMƏT”in kassalarında saat 15.00-dan 19.00-dək satılır. Biletləri həmçinin www.iticket.az saytından onlayn əldə etmək olar.