Mənzildən qadın meyiti tapıldı

22 Fevral 2018 16:13 (UTC+04:00)

AzNews.az Fövqəladə Halar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Kəpəz rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Yusubova Solmaz İslam qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.​