Zaqatalada 3 otaqlı ev yanıb

22 Fevral 2018 22:33 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğın rayonun Muğanlı kəndində ümumi sahəsi 80 m2 olan, birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının tavanı 15 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​