Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndəsi Pxençanda

22 Fevral 2018 23:06 (UTC+04:00)

AzNews.az AMADA-ya istinadən xəbər verir ki, L.Hacıyeva “İdmançılar arasında təbliğat” proqramı çərçivəsində Oyunlar zamanı idmançılarla birbaşa ünsiyyətdə olub, onların dopinq barədə biliklərinin artırılması üçün geniş təbliğat işi aparıb.

AMADA təmsilçisi WADA-nın təbliğat proqramı çərçivəsində ABŞ, Böyük Britaniya və Çexiya antidopinq agentliklərinin nümayəndələri ilə bir komandada çalışıb. Bu, AMADA üçün idmançılar arasında təbliğatın aparılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi üçün gözəl imkandır. L.Hacıyevanın WADA tərəfindən proqramın ilk mərhələsinə dəvət olunması AMADA-nın bir illik uğurlu fəaliyyətinin nəticəsidir.

Müstəqil müşahidəçilər Oyunlar zamanı dopinqə qarşı fəaliyyətin səmərəli olması üçün dopinqin aşkarlanması prosesinin bütün mərhələlərində iştirak ediblər (test planlarının hazırlanmasından, nəticələrinin idarə edilməsinədək). Müşahidəçilərin rəy və təklifləri beynəlxalq Olimpya və Paralimpiya komitələrinə çatdırılıb.

Bu proqramlarda iştirak AMADA üçün beynəlxalq təcrübə baxımından çox əhəmiyyətlidir. 2016-cı ildən fəaliyyətə başlayan agentliyin missiyasının və fəaliyyətinin hüquqi əsasını Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun təşkil edir.