Bakıda 1 yaşlı uşağın qarnına mil batdı - Foto

23 Fevral 2018 11:25 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Modern.az-a danışan Op.Dr. Fuad Hüseynov hadisədən dərhal sonra ailənin həkimə müraciət etdiyini deyib:

“Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı. Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük . Mili çıxartdıq, bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq”.

Həkimin sözlərinə görə, dəcəl bala 2 gün sonra tam sağlam şəkildə evinə yola salınıb.