YAP imzaları MSK-ya təqdim etdi

23 Fevral 2018 11:30 (UTC+04:00)

Bu barədə AzNews.az-a Yap-dan məlumat verilib.

Məlumatda bildirilir ki, partiya İlham Əliyevin prezidentliyə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

YAP-ın 2018-ci il fevral ayının 8-də keçirilmiş VI qurultayında aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri İlham Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.