Xəstənin başından dünyanın ən böyük şişini çıxartdılar

23 Fevral 2018 12:10 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, tam 1,8 kilo ağırlığında olan şiş, Mumbayda olan Nair xəstəxanasında 7 saat gedən bir əməliyyatla götürülüb.

Əməliyyatla alınan şişin böyüklüyü, xəstənin başından belə böyük idi. Əməliyyatın uğurla keçməsi sual altında idi. Buna baxmayaraq, əməliyyat uğurla keçib və xəstə beyin şişindən qurtulub.

Həkimlər əməliyyatdan sonra xəstənin həyati təhlükəsinin olmadığını bildiriblər.