“Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur” - Siyavuş Novruzov

23 Fevral 2018 12:21 (UTC+04:00)

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov deyib ki, bu, humanist addımdır: “1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyevsiyasətinin əsasını təşkil edir. Müəyyən mətbuat orqanları bunu başqa istiqamətlərdə qələmə verməyə çalışırıar. Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan zaman belə hallara yol verilməyib. Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var”.

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bir çox məsələlər olduğu kimi deyil, başqa formada təqdim olunur.

AzNews.az