“Biz həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq”

23 Fevral 2018 14:21 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub".