Səudiyyə Ərəbistanı Almaniya silahından imtina etdi

23 Fevral 2018 17:36 (UTC+04:00)

AzNews.az-ın dünya mətbuatına istinadən verdiyi məlumata görə, alman xəbər agentliyi DPA-ya danışan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil bin Əhməd əl-Cubeyr, son vaxtlar gərginləşən Almaniya-Səudiyyə Ərəbistanı əlaqələri ilə bağlı açıqlama verib.

Almaniya ilə Səudiyyə Ərəbistanı arasında sıx əlaqələr olduğunu xatırladan əl-Cubeyr "Bunlar siyasi, iqtisadi və təhlükəsizlik əlaqələridir. Amma özümüzü oyun topu olacaq duruma düşürmərik. Ya Almaniya güvəniləcək bir hərbi təchizat təminatçısı olar, ya da olmaz. Əgər Almaniyanın Səudiyyə Ərəbistanına silah satmaq məsələsində bir problemi varsa, onu məcbur edən deyilik. Sizin silahlarınıza ehtiyacımız yoxdur. Başqa yerdən silah alarıq", deyə açıqlama verib.

Əl-Cubeyr, Almaniya ilə olan əlaqələrin düzəlməsi üçün Səudiyyə Ərəbistanına futbol topu münasibəti göstərilmədiyindən əmin olmaq istədiklərini vurğulayıb.