Cəlilabadda qadını naməlum şəxslər döydü

23 Fevral 2018 20:55 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıqasımlı kəndində baş verib.

Həmin kənd sakini Dilşad Xalıqova tanımadığı şəxslər tərəfindən döyülüb.

O, müxtəlif xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. D. Xalıqovaya ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.