Marneulidə bomba həyəcanı - Foto

23 Fevral 2018 21:52 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Rustaveli küçəsində şübhəli qara çanta böyük narahatlığa səbəb olub.

Hadisə yeri polis tərəfindən mühasirəyə alınıb. Qara çantaya keçirilən baxış zamanı orada ərzaq məhsulları aşkar olunub.

Çantanın olduğu yerdən Marneuli rayonunun kəndləri, Qırmızı körpü sərhəd-keçid məntəqəsinə və Bakıya avtobuslar yola düşür. Təşviş yaratmış çantanı Bakıya yola düşmüş sərnişinin unutduğu bildirilir.

marneulide bomba heyecani yasanib