Somalidə ölənlərin sayı 21 nəfərə çatdı

24 Fevral 2018 09:04 (UTC+04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayının artacağı istisna edilmir.

Polis partlayışlardan sonra baş verən atışma zamanı 5 silahlının məhv edildiyini bildirib.

Terror aktına məsuliyyəti “Əş-Şəbab” terror qruplaşması öz üzərinə götürüb.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

AzNews.az