Əfqanıstanda günün ikinci partlayışı - Məktəblilər yaralandı

24 Fevral 2018 10:50 (UTC+04:00)

Trend-in məlumatına görə, partlayış nəticəsində 1 nəfərin ölməsi, daha 10 nəfərin yaralanması barədə xəbər verilib.

Məlumata görə, bu partlayış intiharçı-terrorçu tərəfindən törədilib. Partlayış nəticəsində iki yerli televiziya stansiyasına da ziyan dəyib.

Yaralananlar arasında məktəblilərin də olduğu bildirilir.

Qeyd edək ki, bundan öncə Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verməsi barədə ölkə DİN-i məlumat yayıb. Həmin partlayışda 1 nəfərin ölməsi, daha 6 nəfərin yaralanması barədə xəbər verilib.

AzNews.az