Mingəçevirdə idmançının niyə yaralandığı bəlli oldu

24 Fevral 2018 11:57 (UTC+04:00)

Mərkəzin direktoru Natiq Abbasov “Report”a açıqlamasında bildirib ki, hadisə ehtiyatsızlıq zəminində baş verib.

O deyib ki, idmançı intihara cəhd etməyib: "Bu, intihara cəhd deyil. Sadəcə olaraq, Lyapunov bir az əsəbidir. Tualetin qapısını aça bilmədiyi üçün özündən çıxıb və şüşəyə yumruq vurub. Nəticədə damarları kəsilib. O, dərhal xəstəxanaya çatdırılıb və qoluna tikiş qoyulub. Hazırda səhhəti normaldır. O, bu gün Bakıdakı xəstəxanalardan birinə aparılacaq. Hadisə ilə bağlı polis tərəfindən də araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan da bildirilib ki, hadisə ehtiyatsızlıqdan baş verib: "İdmançının intihara cəhd etməsi barədə yazılanlar doğru deyil".

AzNews.az