Gənc şair özünü dənizə atdı

24 Fevral 2018 12:19 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə şairin dostları sosial şəbəkədə məlumat veriblər. Onlar qeyd ediblər ki, şair özünü dənizə atıb.

Dostları onun hazırda xəstəxanada olduğunu və səhhətinin də normallaşdığını bildiriblər.

Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Rauf Aslanov AzNews.az-a açıqlamasında birliyin Cabbar Çətin adlı üzvünün olmadığını deyib: “Tanımıram, belə bir üzvümüz yoxdur”.

Bahar RÜSTƏMLİ
AzNews.az