Ukrayna Azərbaycan və Türkiyə ilə əlaqələri genişləndirmək istəyir

24 Fevral 2018 13:00 (UTC+04:00)

Bu barədə Trend-ə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlikdən bildirilib ki, Ukrayna Azərbaycan və Türkiyə ilə ənənəvi dostluq münasibətlərinə malikdir və hər iki tərəf Ukrayna ilə strateji tərəfdaşdır:

"Ukrayna-Azərbaycan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı ölkələr arasında münasibətlərin gələcəkdə möhkəmləndirilməsinə kömək edəcək və Azərbaycan və Türkiyənin digər üçtərəfli əməkdaşlıq formatlarında uğurla reallaşdırdığı layihələrə analoji olaraq qarşılıqlı faydalı layihələrin işlənib hazırlanmasına imkan verən platforma olacaq".

Qeyd edək ki, bundan öncə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev martın 6-da Bakıda Azərbaycan-Ukrayna-Türkiyə formatının yaradılması ilə bağlı ilk siyasi məsləhətləşmələrin keçiriləcəyini bildirmişdi.

AzNews.az