Terrorçular qocaları bombaya bağlayıb...

24 Fevral 2018 13:45 (UTC+04:00)

Publika.az xəbər verir ki, əsgərlər bir evin zirzəmisində 4 nəfər 80-90 yaşlı kəndlini mina və bombaya bağlanmış şəkildə tapıblar.

Partlayıcılar minatəmizləyən və kustar üsulla hazırlanan bombaların məhv edilməsi komandaları tərəfindən zərərsizləşdirilib. Dinc sakinlər təhlükəsiz bir şəkildə bölgədən çıxarılaraq polis məntəqəsinə aparılıb.

Bu hadisə YPG/PKK terror təşkilatının Afrindəki dinc əhalini silah gücü ilə qaçıraraq qalxan kimi istifadə etməsinin sübutu olub.

Bundan başqa, kənddə ümumilikdə 12 bomba şəbəkəsi tapılıb.

Qeyd edək ki, Maskah kəndi dünən TSQ və ASO qüvvələri tərəfindən terrorçulardan azad edilib.

AzNews.az