Azərbaycanda yükdaşıma xidmətləri bahalaşıb

24 Fevral 2018 14:02 (UTC+04:00)

AzNews.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Rəsmi statistikaya əsasən, sərnişindaşıma xidmətlərinin qiymətləri 3,0% azalıb, yükdaşıma xidmətlərinin qiymətləri isə 0,1% artıb. Ay ərzində poçt, kuryer və rabitə xidmətlərinin qiymətlərində əvvəlki ayla müqayisədə dəyişiklik müşahidə olunmayıb.