ABŞ İsraildəki səfirliyini Qüdsə bu tarixdə köçürəcək

24 Fevral 2018 16:10 (UTC+04:00)

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bəyanatda deyilir ki, Birləşmiş Ştatlar may ayında Qüdsdə ABŞ səfirliyinin yeni binasının açılmasını planlaşdırır. Bu hadisə İsrailin müstəqilliyinin 70 illiyi ilə eyni vaxta düşür. Səfirlik əvvəlcə Arnon rayonundakı müasir binada yerləşəcək. Hazırda həmin binada ABŞ-ın Qüdsdəki baş konsulluğu konsul xidmətləri göstərir.