Ər-arvad qazdan zəhərləndi

24 Fevral 2018 16:30 (UTC+04:00)

APA-nın xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində baş verib.

Kənd sakinləri - 1934-cü il təvəllüdlü Əliyev Eldar Mütəllim oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əliyeva Mahirə Ağa qızı qazdan zəhərləniblər. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, vəziyyətləri ağır olduğundan ər və arvadı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. M. Əliyevanın vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az