Üfunət iyi verən at əti aşkarlandı - Foto

24 Fevral 2018 17:19 (UTC+04:00)

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən AzNews.az-a verilən xəbərə görə, rayon Polis Şöbəsinin müraciəti əsasında Ağdam Rayon Baytarlıq İdarəsinin əməkdaşları avtomobilin yük və salon yerinə necə gəldi yığılan, antisanitar şəraitdə daşınan, üfunət iyi verən və sağlamlığına dair heç bir sənədi olmayan, dərisi soyulmamış at ətindən nümunələr götürərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

At cəmdəyi müayinələr başa çatana kimi müvəqqəti saxlanca qoyulub. Həmçinin, baytarlıq haqqında qanunvericiliyi pozduğuna görə mal sahibi barədə akt tərtib edilib.

Hadisə ilə bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.