“Maraqlı şəxslər müraciət edib, namizədlərin sənədləri ilə tanış ola bilər”

24 Fevral 2018 17:54 (UTC+04:00)

Bunu APA-nın sualını cavablandıran Mərkəzi Seçki Komissiyasının (MSK) Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Ş. Əsədli deyib ki, bütün bu proseslər tam şəffaf şəkildə aparılır: "Hər zaman MSK sədrinin iclasda bəyan etdiyi kimi, maraqlı şəxslər müraciət edib, proseslə yaxından tanış ola bilərlər".

AzNews.az