Ağcabədidə yanğın

24 Fevral 2018 22:39 (UTC+04:00)

AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın rayonun Xocavənd kəndində ümumi sahəsi 56 m2 olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin qamışdan ibarət çardağı 8 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.