18 yaşlı qız zəhərləndi

24 Fevral 2018 22:49 (UTC+04:00)

APA-nın xəbərinə görə, hadisə rayonun Alıbəyli kəndində baş verib. Kənd sakini Qasımzadə Nərmin Ərşad qızı vanna otağında olarkən qazdan zəhərlənib. N.Qasımzadə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az