Maşın piyadanı vuraraq iki ayağını qırdı

24 Fevral 2018 23:31 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 9-cu mikrorayonu ərazisində baş verib.

Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, bina 72 a, mənzil 32-də yaşayan 1985-ci il təvəllüdlü Etiqar Vəfadar oğlu Qasımov yolu keçmək istəyərkən, qarşı tərəfdən sürətlə gələn naməlum avtomobil tərəfindən vurulub. Sürücü qəza yerindən qaçıb. Hadisə zamanı piyadanın hər iki ayağı sınıb.

Yaralı dərhal TTYX-ya çatdırılıb. Müayinə edilən şəxsin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az