“Qarabağ”dan ayrılacaq

25 Fevral 2018 14:34 (UTC+04:00)

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, icarə qaydasında Ağdam klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi yeni mövsümdə müqavilə ilə məxsus olduğu PAOK-a qayıdacağını istisna etməyib.

“Hazırda özümü “Qarabağ”la Azərbaycan çempionluğunu qazanmağa kökləmişəm. Əlbəttə, mən PAOK – “Olimpiakos” derbisində oynamaq istəyərəm və mümkündür ki, bunu elə növbəti mövsümdə edəcəyəm. İndilikdə isə hazırkı mövsümün bitməsini gözləmək lazımdır” – deyə Pedro bildrib.