Tbilisidə “Xocalıya ədalət” aksiyası keçirilib - Foto

25 Fevral 2018 14:53 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, aksiya Rustaveli metro stansiyası yaxınlığında başlayıb.

“Borçalı İrəli” İctimai Birliyi, "Azərbaycanın dostları klubu" və Gürcüstanın Azərbaycanlı Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə baş tutmuş aksiyada Gürcüstanın azərbaycanlı gəncləri, tələbələri və ictimaiyyət nümayəndələri iştirak edib. Təşkilat rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiyanın keçirilməsində məqsəd Xocalı soyqırımı barədə Gürcüstan ictimaiyyətini məlumatlandırmaqdır.

Əllərində gürcü və ingilis dilində “Xocalıya ədalət” şüarının yazıldığı plakatlar, Azərbaycan və Gürcüstanın bayraqlarını tutan gənclər Rustaveli prospekti ilə Gürcüstan parlamentinin binasına qədər yürüş edib. Yürüş boyu şəhər sakinlərinə və xarici qonaqlara Xocalısoyqırımı barədə məlumatların əks olunduğu gürcü və ingilis dillərində bukletlər paylanılıb.

Aksiyaya parlament binasının qarşısında “Xocalıya ədalət”, "Qarabağa ədalət", "Abxaziya və Cənubi Osetiyaya ədalət" şüarları ilə yekun vurulub.