Tbilisi məscidində Xocalı qurbanları yad edilib - Foto

25 Fevral 2018 15:52 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, mərasim Azərbaycanlı Ağsaqqallar Şurası və Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən təşkil olunub.

Məsciddə faciə qurbanlarının ruhlarına dualar oxunub, Xocalışəhərində qətlə yetirilmiş günahsız insanlara Allahdan rəhmət dilənib.

Tədbirdə din xadimləri, Azərbaycan səfirliyinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.