21 yaşlı tələbə qızı qaçırdılar

25 Fevral 2018 18:06 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin S.Vurğun küçəsində baş verib.

Qızın anası Nazilə Musayeva "Report"a açıqlamasında qızı Sevinc Musayevanın zorla qaçırıldığını iddia edib. Artıq 3 gündür qızından xəbər ala bilməyən ana hüquq-mühafizə orqanlarına məlumat verib.

Məlumatda o da bildirilir ki, ehitimala görə, qızı İsmayıllı rayonundan Ağcabədiyə qonaq gələn şəxs qaçırıb.

S.Musayeva Müəllimlər İnstitunun Ağcabədi filialının 2-ci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.