Şagirdləri silahlı müəllimlər qoruyacaq

10 Mart 2013 09:28 (UTC+04:00)
ABŞ-ın Cənubi Dakota ştatında müəllimlərin və məktəbin başqa işçilərinin silah gəzdirməsinə icazə verən qanun qəbul olunub.
Lent.az-ın "lenta.ru"-ya istinadən məlumatına görə, respublikaçılar tərəfindən irəli sürülən bu qanun cari ilin iyulunda qüvvəyə minəcək. Mənbə bildirib ki, müəllimlərin silah gəzdirməsi məcburi deyil, onlar bu məsələ də seçim edə bilərlər.
Silah gəzdirmək hüquq olan müəllimlər "məktəb gözətçiləri" adlanacaq. Onlara polislərlə təlim keçəcək.
Yeni tədbirlərin tərəfdarları hesab edir ki, bu yolla məktəblərə silahlı basqınların qarşısının alınmasına yardım etmək mümkündür.
"Silahlı müəllimlər" tədbirinə qarşı olanların qənaətincə, bu halda məktəb daha "təhlükəli yerə çevriləcək" .