Eldar Əzizovdan Bayıl sakinləri ilə bağlı açıqlama

13 Mart 2018 11:12 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov sürüşmə sahəsində yaşayan sakinlərlə görüşdə deyib. E. Əzizov qeyd edib ki, qəzalı vəziyyətə düşən 6 mənzilə veriləcək kompensasiyanın məbləği müəyyənləşib: "Kompensasiyanın məbləğinin artırılması məsələsinə baxılacaq. Mənzilləri təhlükəli ərazidə yerləşməyən sakinlərin öz evlərində yaşamalarına imkan verilə bilər. Bütün məsələlərə baxılacaq. Bunlar hamısı alim və mütəxəssislərin rəyindən asılı olacaq".

AzNews.az