Binəli Yıldırım sabah Azərbaycana gəlir

13 Mart 2018 14:23 (UTC+04:00)

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, baş nazir 6-cı Qlobal Bakı Forumuna qatılmaq üçün martın 14-15-də Bakıda olacaq.

Binəli Yıldırım Bakı səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcək. Daha sonra o, Milli Məclisin sədri Oqtay Əsədov və baş nazir Artur Rasizadə ilə görüşəcək.