Salyanda yol qəzası oldu

13 Mart 2018 22:15 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki,hadisə axşam saatlarında şəhərin Bayraq meydanı yaxınlığında qeydə alınıb.

Belə ki iki minik avtomobilinin toqquşması nəticəsində Saatlı rayon sakini, 1987-ci il təvəllüdlü Hüseynov Fərid Şamil oğlu, Lerik rayon sakini, 1965-ci il təvəllüdlü Məmmədov Arzuman Çento oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.