Bakının hansı küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq?

13 Mart 2018 22:28 (UTC+04:00)

AzNews.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir .

Martın 14, 15, 16-da saat 00:00-dan 06:00-a qədər paytaxtın Ş.Qurbanov küçəsinin S.Əsgərova küçəsi ilə kəsişməsindən M.Füzuli küçəsinə qədər, M.Füzuli küçəsinin Ş.Qurbanov küçəsi ilə kəsişməsindən N.Nərimanov prospektinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq B.Məcidov küçəsi və N.Nərimanov prospektindən istifadə etmələri tövsiyə edilir.